Türkiyə həm İran, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır
Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb
Samir Bağırov: Qorxurdum deyə, səhnəyə qaçırdım, o güclər məni öz tərəfinə çəkirdilər - MÜSAHİBƏ
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
Fidan İranın XİN rəhbəri ilə ölkədəki vəziyyəti yenidən müzakirə edib
12:10
651
TRIPP layihəsinin Ermənistanın suverenliyinə xələl gətirmir, əksinə regionda sülh, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda mətbuat konfransında bildirib.
O deyib ki, TRIPP layihəsi beş ay əvvəl Vaşinqton razılaşması üzrə götürülən öhdəliklərə əsaslanır, proqramın məqsədi Cənubi Qafqazın ticarət, tranzit və enerji axınları sahəsində potensialını açmaq, regionda rifahı və təhlükəsizliyi gücləndirməkdir.
Nazir qeyd edib ki, TRIPP layihəsinin icrası üçün yaradılacaq TRIPP İnkişaf Şirkətində nəzarət paketi 74 faizlə ABŞ-a məxsus olacaq, Ermənistanın payı isə 26 faiz təşkil edəcək: “Ümumilikdə, şirkətdəki paylar tərəflərin yatırdığı sərmayəni əks etdirir. Heç kimə sirr deyil ki, ABŞ böyük investisiyalar həyata keçirir və burada söhbət təkcə siyasi kapitaldan, siyasi dəstəkdən və ümumi investisiyalardan deyil, birbaşa maliyyə investisiyalarından gedir”.
Mirzoyan payın gələcəkdə dəyişəcəyini vurğulayıb: “Söhbət yalnız 49 il müddətinə aiddir ki, bu zaman sərmayələrin müəyyən dərəcədə geri dönəcəyi gözlənilir. Müqavilə daha sonra əlavə 50 il müddətinə uzadıldıqda isə səhm paylarının nisbəti dəyişəcək”.
Nazir Ermənistanın nəzarət səhm paketinə malik olmasa belə bir sıra prinsipial məsələlər üzrə öz nəzarət hüququnu qoruyub saxlayacağını əlavə edib.