09:31
518
ABŞ-ın Oreqon sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir ki, Oreqon sahillərində zəlzələ baş verib.
Zəlzələnin episentrinin Bandon əyalətindən 295 kilometr qərbdə olduğu müəyyən edilib.
6 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində ölənlər və ya maddi ziyan barədə hələlik heç bir məlumat verilməyib.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı heç bir məlumat verilməyib.
Məryəm Quliyeva