KİV: Çin Rusiyadan elektrik enerjisinin idxalını tam dayandırıb Dünya

KİV: Çin Rusiyadan elektrik enerjisinin idxalını tam dayandırıb

Çin 2026-cı ilin yanvar ayından etibarən Rusiyadan elektrik enerjisinin idxalını tam dayandırıb.

“APA-Economics”in “Kommersant” istinadən verdiyi xəbərə görə, qərar yüksək ixrac qiymətləri səbəbindən qəbul edilib. Belə ki, bu ilin əvvəlindən ixrac qiymətləri ilk dəfə Çində daxili elektrik enerjisi qiymətlərini üstələyib.

Məlumata görə, Moskva ilə Pekin arasında elektrik enerjisi tədarükü üzrə müqavilə 2037-ci ilə qədər qüvvədədir. Rusiya Energetika Nazirliyi isə yeni sorğu daxil olduqda ixracın bərpa edilə biləcəyini bildirir.

“Kommersant”ın mənbələrə istinadən verdiyi məlumata görə, Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandıraraq, müqavilə üzrə minimal həcmdə (təxminən 12 MVt) tədarükdən də imtina edib. Mənbələr 2026-cı ildə ixracın yenidən bərpa olunacağını ehtimal etmirlər.