İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
11:46
651
Fərat çayının qərbini YPG/SDQ silahlılarındantəmizləyən Suriya Ordusunun növbəti hədəfi məlum olub.
Suriya Ordusu artıq Fərat çayının şərqində Tabka şəhərinə nəzarəti təmin edib, Rakka şəhərinə 5 km-ə qədər yaxınlaşıb.
ABŞ-ın bölgə üzrə Mərkəzi Komandanlığı (CENTCOM) Suriya Ordusunu əməliyyatları dayandırmağa, tərəfləri dialoqla həll yolu axtarmağa çağırıb. Suriya Xarici İşlər Nazirliyi isə keçən il martın 10-da Suriya Prezidenti Əhməd aş-Şaraa və SDQ-yə rəhbərlik edən Məzlum Abdi arasında imzalanmış razılaşma həyata keçirilməyə başlanan zaman əməliyyatların dayandırılacağını bəyan edib. Eyni zamanda Dəməşq və Vaşinqton arasında dialoqun da davam etdiyi nəzərə çatdırılıb.
Suriya Prezidenti isə Məzlum Abdini bu gün Dəməşqdə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla keçiriləcək görüşə dəvət edib.
Qeyd edək ki, Suriya Ordusunun son əməliyyatlarına qədər YPG/SDQ Suriya ərazisinin 1/3-nə nəzarət edirdi. Bura Suriyanın əsas neft yataqlarının yerləşdiyi Rakka və Deyrizor bölgələri də daxildir.
Türkiyə PYD və PYD-nin silahlı qanadı YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğunu bəyan edir. Bu qruplaşma isə özünü Suriya Demokratik Qüvvələri (SDQ) kimi təqdim edir.