İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
17:49
742
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağını idarə edəcək "Sülh Şurası"nın tərkibinə daxil olmaq barədə təklif alıb.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Pakistan BMT qətnamələrinə uyğun olaraq Fələstin probleminin uzunmüddətli həllinə aparan, Qəzzada sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətindəki beynəlxalq səylərdə iştirakını davam etdirəcək", - qurumun bəyanatında vurğulanıb.
Ağ Evin mətbuat xidməti bu həftə bəyan edib ki, Trampın sədrliyi ilə fəaliyyət göstərəcək "Sülh Şurası"nın tərkibinə onun xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar və prezidentin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq Baş naziri (1997–2007) Toni Bleyer, "Apollo Global Management" investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Acay Banqa və Trampın milli təhlükəsizlik üzrə köməkçisinin müavini Robert Qabriel daxil olacaqlar.