KİV: Avropa ABŞ-sız yeni təhlükəsizlik alyansı yarada bilər Dünya

KİV: Avropa ABŞ-sız yeni təhlükəsizlik alyansı yarada bilər

Avropada ABŞ-ın iştirakı olmadan, lakin Ukraynanın daxil ola biləcəyi yeni təhlükəsizlik alyansının yaradılması müzakirə olunur.

Bu barədə “Politico” nəşrinin yazısında qeyd edilib.

Nəşrin məlumatına görə, Avropanın səbri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməsinə mane olmağa çalışan istənilən ölkəyə qarşı cəza rüsumları tətbiq edəcəyi ilə bağlı hədəsindən sonra tükənib.

Yazıda bildirilib ki, əgər ABŞ-ın yanaşmasında köklü dəyişiklik baş verməsə, bu proses Avropanın radikal şəkildə yenidən qurulması ilə nəticələnə və qlobal güc balansını dəyişə bilər. Avropa öz təhlükəsizlik alyansını yaratmağa hazırdır və Ukrayna bu strukturda mühüm rol oynaya bilər.

Qeyd edilib ki, Avropa ölkələri — o cümlədən Aİ üzvü olmayan Böyük Britaniya və Norveç — Trampın ikinci prezidentlik müddətinin böyük hissəsində ABŞ-sız fəaliyyət göstərən effektiv bir format çərçivəsində çalışıblar. Bu format “istəklilər koalisiyası”nın yaranmasına gətirib çıxarıb ki, bu da gələcəkdə yeni alyansın təməli ola bilər.