18:00
714
Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri əvvəllər kürd koalisiyası tərəfindən mühafizə olunan, “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının keçmiş döyüşçülərinin ailə üzvlərinin saxlanıldığı Əl-Hol xüsusi düşərgəsini, həmçinin ölkənin şimal-şərqində yerləşən bütün həbsxanaları tam nəzarətə götürməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ərəb respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz Əl-Hol düşərgəsini və regiondakı bütün İŞİD həbsxanalarını nəzarətə götürməyə hazır olduğumuzu bəyan edirik”, – deyə açıqlamada bildirilir. Daha əvvəl kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” (SDQ) öz birləşmələrini Əl-Hol düşərgəsindən çıxardığını açıqlamışdı.
Məryəm Quliyeva