Fidan Qəzza üzrə “Sülh Şurası”nda Türkiyəni təmsil edəcək Gündəm

Fidan Qəzza üzrə “Sülh Şurası”nda Türkiyəni təmsil edəcək

ABŞ-ın təşəbbüsü ilə yaradılan və Qəzza sektorundakı vəziyyətin nizamlanmasına yönəlmiş “Sülh Şurası”nda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qəzza üzrə ‘Sülh Şurası’nda Türkiyə adından Hakan Fidan iştirak edəcək”, – deyə prezidentin sözlərini TRT Haber telekanalı sitat gətirib.

Məryəm Quliyeva