ABŞ-da 8 nəfəri daşıyan şəxsi təyyarə qəzaya uğrayıb Dünya

ABŞ-da 8 nəfəri daşıyan şəxsi təyyarə qəzaya uğrayıb

ABŞ-ın şimal-şərqində yerləşən Men (Maine) ştatında göyərtəsində 8 nəfərin olduğu şəxsi reaktiv təyyarə qəzaya uğrayıb.

Xalqcebhesi.az-ın məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı açıqlamada bildirilib ki, “Bombardier Challenger 600” tipli təyyarə Benqor Beynəlxalq Hava Limanından qalxış zamanı qəzaya uğrayıb.

Açıqlamada təyyarədə 8 nəfərin olduğu qeyd olunub və hadisə ilə bağlı istintaqa başlanıldığı bildirilib.

Hava limanı rəhbərliyi də uçuş-enmə zolağının müvəqqəti bağlandığını açıqlayaraq vətəndaşlardan hava limanından uzaq durmalarını xahiş edib.

Sərnişinlərin səhhəti ilə bağlı hələlik məlumat verilməyib.

Məryəm Quliyeva