12:29
623
Yunanıstanın Trikala şəhərində “Violanta” peçenye fabrikində baş verən partlayış və yanğın nəticəsində dörd nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat verib.
Hadisə yerli vaxtla saat 04:00-da baş verib, yanğın dərhal yanğınsöndürənlər və polis ekspertləri tərəfindən nəzarət altına alınmağa çalışılır.
Fabrikdə 12-13 işçi olub, ilkin ehtimala görə partlayış ammonyak və propandan qaynaqlanıb.
Altı işçi və bir yanğınsöndürən xəstəxanaya yerləşdirilib, onlara və ailələrinə psixoloji dəstək göstərilir.
Məryəm Quliyeva