Hindistan və Kanada neft-qaz ticarətini genişləndirməyə hazırlaşır Dünya

Hindistan və Kanada neft-qaz ticarətini genişləndirməyə hazırlaşır

Hindistan və Kanada neft-qaz sahəsində ticarətin həcmini artırmağı planlaşdırır.

Bu barədə yanvarın 26-da "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Kanada Hindistana mayeləşdirilmiş təbii qaz tədarükünü artırmaq öhdəliyi götürəcək, bunun müqabilində Hindistandan neft məhsullarının idxalı genişləndiriləcək.

Bundan əlavə, tərəflər energetika sahəsinə investisiyaların artırılması və enerji sektorunun müxtəlif istiqamətlərində birgə əməkdaşlıq barədə razılaşmalar əldə edəcək.

"Bloomberg" yazır ki, bu addım Ottavanın ABŞ ilə ticarət münasibətlərində artan gərginlik fonunda ixracını şaxələndirmək istəyini əks etdirir. Eyni zamanda Kanada hökuməti iri Asiya tərəfdaşları ilə daha praqmatik münasibətlər qurmağa çalışır.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Hindistan və Kanada mayeləşdirilmiş təbii qaz ticarətinin inkişafı, həmçinin neft-qaz kəşfiyyatı və hasilatı sektoruna investisiyaların artırılması barədə razılığa gəlib.