
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Ordu Generalı Selçuk Bayraktaroğlu ABŞ Mərkəzi Qüvvələr Komandanlığının komandiri, Admiral Bred Kuper ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Danışıqlar zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.