ABŞ üç keçmiş SEPAH üzvünü deportasiya edib​​​​​​​ Dünya

ABŞ üç keçmiş SEPAH üzvünü deportasiya edib​​​​​​​

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) ölkə ərazisindən üç İran vətəndaşını deportasiya edib. Nazirliyin iddiasına görə, onlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş əməkdaşlarıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə DTN-in yaydığı bəyanatda bildirilir.

“Onlar İsxan Xaledi, Məhəmməd Mehrani və Morteza Nasirikakolakidirlər. Hər üç şəxs ABŞ-da prezident Donald Trampın 2019-cu il qərarı ilə xarici terror təşkilatı kimi tanınmış SEPAH-ın keçmiş əməkdaşlarıdır”, – deyə nazirlik qeyd edib.

Nazirliyin məlumatına görə, sözügedən şəxslər 2024-cü ildə ABŞ ərazisinə qeyri-qanuni yolla daxil olublar.

Məryəm Quliyeva