Starmer Çin səfərinə gəlib Dünya

Starmer Çin səfərinə gəlib

Böyük Britaniyanın Baş naziri Kir Starmer rəsmi səfər üçün Pekinə gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Baş nazirin səfəri yanvarın 31-dək davam edəcək. Bu, son səkkiz il ərzində Böyük Britaniya baş nazirinin Çinə ilk rəsmi səfəridir.

Səfər proqramına Çin rəhbərliyi ilə ikitərəfli münasibətlər və beynəlxalq məsələləri müzakirə etmək üçün danışıqlar daxildir. Çin Xarici İşlər Nazirliyi çərşənbə günü keçirilən brifinqdə bildirib ki, Starmer Pekindən əlavə Şanxaya da səfər edəcək.

Məryəm Quliyeva