Taylandda hərbi təyyarə qəzaya uğrayıb Dünya

Taylandda hərbi təyyarə qəzaya uğrayıb

Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Çianq May əyalətində qəzaya uğrayıb, hər iki pilot həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Matchon" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, AT-6 turbovintli yüngül hücum və kəşfiyyat təyyarəsi yerli vaxtla saat 10:30-da meşəlik ərazidə qəzaya uğrayıb. Qəza yerinə təcili yardım xidmətləri gəlib və hadisə ilə bağlı araşdırma başlanıb.

Məryəm Quliyeva