Zelenski Kremlin Moskvaya dəvət təklifinə cavab verib: Mən də Putini Kiyevə dəvət edirəm Dünya

Zelenski Kremlin Moskvaya dəvət təklifinə cavab verib: Mən də Putini Kiyevə dəvət edirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvaya danışıqlara gəlmək üçün israrlı dəvətlərinə münasibət bildirib.

APA-nın "Ukrainskaya Pravda"ya istinadən verdiyi xəbərə görə, Zelenski bu məsələyə jurnalistlərlə söhbəti zamanı toxunub.

"Şübhəsiz ki, Putinlə Moskvada görüşməyim mümkün deyil. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə, qərar verərsə, onu açıq şəkildə dəvət edirəm", - Zelenski qeyd edib.