“Xəzər dənizi təbii proseslə sahilləri bərpa edir”
3 Fevral 22:18
3 Fevral 22:18
3 Fevral 22:17
3 Fevral 19:20
3 Fevral 19:10
08:22
581
ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib.
Bu barədə "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyinə görə, bu addım ABŞ hərbçilərinin Nigeriyada mövcudluğunun ilk rəsmi təsdiqi olub. Məlumatda bildirilir ki, bu, iki ölkənin Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olub.
“Bu, ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə, o cümlədən ABŞ tərəfindən unikal imkanlar təqdim edən kiçik bir komandanın göndərilməsinə gətirib çıxardı”, – deyə Anderson bildirib.
General missiyanın miqyası və şəxsi heyətin sayı barədə məlumat verməyib.