“Xəzər dənizi təbii proseslə sahilləri bərpa edir”
3 Fevral 22:18
3 Fevral 22:18
3 Fevral 22:17
3 Fevral 19:20
3 Fevral 19:10
09:53
735
Braziliyanın Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər həyatını itirib, 44 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Seara ştatından qayıdan avtobus San Joze de Tapera qəsəbəsi ərazisində, AL-220 avtomobil yolunda aşıb. Qəza nəticəsində aralarında 4 uşağın da olduğu 16 nəfər ölüb, 44 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli orqanlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Bildirilir ki, avtobus Seara ştatında keçirilən “Kandelariya Müqəddəs Məryəm Ana” adlı dini bayramda iştirak edən şəxsləri daşıyırmış. Alaqoas ştatının qubernatoru Paulo Dantas bölgədə 3 günlük rəsmi matəm elan edildiyini açıqlayıb.
Məryəm Quliyeva