ABŞ TRIPP ərazisində tədqiqatlara başlayır Dünya

ABŞ TRIPP ərazisində tədqiqatlara başlayır

ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu TRIPP layihəsinin keçdiyi ərazilərdə sahə araşdırmaları aparmaq üçün AECOM şirkətinin əməkdaşlarını Ermənistana göndərib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, "bu iş Ermənistanın uzunmüddətli iqtisadi inkişafına, nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və regional inteqrasiyaya kömək edəcək".

Eyni zamanda, qeyd edilib ki, dəmir yolu və digər infrastrukturun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və təkliflər hazırlanacaq.