Çin Rusiya və ABŞ arasında nüvə danışıqlarına qoşulmağı planlaşdırmır Dünya

Çin Rusiya və ABŞ arasında nüvə danışıqlarına qoşulmağı planlaşdırmır

Çin indiki mərhələdə nüvə danışıqlarına qoşulmağı planlaşdırmır.

APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Jian brifinqdə deyib.

“Çinin nüvə potensialı ABŞ və Rusiyadan tamamilə fərqli miqyasdadır. Çin bu mərhələdə nüvəsizləşmə ilə bağlı danışıqlarda iştirak etməyəcək”, - XİN rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında START razılaşmasının (Strateji Silahların Azaldılması Müqaviləsi) müddəti bitib. Beləliklə, 1972-ci ildən bəri ilk dəfə olaraq iki ölkənin strateji nüvə silahlarının sayını məhdudlaşdıran hər hansı bir qanun yoxdur.