12:47
763
Rusiya bu il Norveçdə kəşfiyyat aktivliyini artıracaq.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Norveçin Daxili Təhlükəsizlik Xidməti (PST) məlumat yayıb və təxribat ehtimalı ilə bağlı xəbərdarlıq edib.
“Biz Rusiyanın kəşfiyyat orqanlarının 2026-cı ildə Norveçdə aktivliyi artıracağını gözləyirik. Bu aktivlik hərbi təsisatları və müttəfiq ölkələrlə müştərək hərbi təlimləri, Norveçin Ukraynayahərbi yardımını hədəfə alacaq”, - təhlükəsizlik xidməti bildirib.