İran zərər görmüş nüvə obyektlərini bərpa edib Dünya

İran zərər görmüş nüvə obyektlərini bərpa edib

İran hakimiyyəti 2025-ci ildə zərbə almış nüvə obyektlərində yaranmış zərərlərə operativ şəkildə reaksiya verib və həmin obyektlərin bərpa işlərinə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) peyk görüntülərinin təhlilinə istinadla məlumat yayıb.

“NYT-in peyk görüntülərinin təhlili göstərir ki, İran görünür, balistik raketlərlə əlaqəli və keçən il zərbə almış bir neçə müəssisəni dərhal bərpa edib”, — deyə nəşr bildirir.

"NYT" məlumatına görə, 20 bombalanmış obyektin yarısından çoxunda bərpa işləri aparılıb. Bəzi raket proqramı obyektlərində təmir işləri zərbələrdən dərhal sonra başlayıb; xüsusilə Şərqi ölkənin şimal-şərqində yerləşən Şahrud Kosmik Mərkəzində sürətli bərpa müşahidə olunub.

İsrail tərəfindən 2024-cü ilin payızında hücum edilmiş Parçin hərbi kompleksində də tikinti işləri qeydə alınıb.

Eyni zamanda, Natanz və İsfahan nüvə obyektlərində zədələnmiş sahələrin üzərində qoruyucu strukturlar qurulub. Həmçinin, İsfahandakı yerüstü obyektlərin yaxınlığında dağların altında yerləşən yeraltı tunellərə giriş bərpa olunub və gücləndirilib. Natanz kompleksinin yaxınlığındakı yeraltı tunellərdə də keçid yolları möhkəmləndirilib.

Məryəm Quliyeva