21:38
595
Polis əməkdaşları məxfi hökumət məlumatlarının amerikalı maliyyəçi Ceffri Epşteynə ötürülməsi iddiası ilə əlaqədar olaraq Britaniyanın ABŞ-dakı sabiq səfiri Piter Mandelsonun iki evində axtarış aparıblar.
Bu barədə London polisi məlumat verib.
Axtarışlar biri İngiltərənin cənub-qərbindəki Uiltşirdə, digəri isə Londonun Kamden rayonunda olmaqla iki ünvanda aparılır.
"Axtarışlar 72 yaşlı bir kişinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı davam edən istintaqla əlaqədardır. O, saxlanılmayıb", - polis bildirib.