Jose Seguro Portuqaliyada keçirilən prezident seçkilərinin qalibi olub Dünya

Jose Seguro Portuqaliyada keçirilən prezident seçkilərinin qalibi olub

Bazar günü Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunun ilk rəsmi nəticələrinə görə, Sosialist Partiyasının namizədi Antonio Jose Seguro seçkilərdə qələbə qazanıb.

APA xəbər verir ki, səslərin 99%-i sayılandan sonra Seguronun səs payı 66,7%, rəqibi Venturanın səs payı isə 33,33% olub.

"Portuqaliya xalqının bu gün verdiyi mesaj, azadlığa, demokratiyaya və ölkəmizin gələcəyinə sadiqliyi təbii ki, məni həyəcanlandırır. Millətimizlə qürur duyuram", - Seguro deyib.

***

03:06

Portuqaliyada Sosialist Partiyasının namizədi Antonio Joze Seguro prezident seçkilərinin ikinci turunda liderdir.

APA xəbər verir ki, bu barədə Portuqaliyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bülletenlərin təxminən 69%-i sayıldıqdan sonra Seguro səslərin 63,39%-ni toplayıb.

Onun rəqibi, sağçı Çeqa partiyasının lideri Andre Ventura isə 36,61% səs toplayıb.