17:43
581
ABŞ-ın vitse-prezidenti Cey D. Vens İrəvanın Zvartnots hava limanına eniş edib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ rəsmisi regional səfər çərçivəsində Ermənistan paytaxtına gəlib.
Hava limanında ABŞ vitse-prezidentini qırmızı xalı ilə Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb. Hadisə yerindən canlı yayım yerli televiziya kanalları tərəfindən təqdim olunub.
Ermənistan hökumətinin mətbuat xidmətinə görə, bu gün axşam Vensin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü baş tutacaq və görüşdən sonra mətbuat üçün bəyanatlar veriləcək. İrəvandakı görüşlərin digər təfərrüatları açıqlanmayıb.
Məryəm Quliyeva