İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 16:47
1 722
NATO-nun ABŞ-da (Norfolk), İtaliyada (Neapol) və Niderlandda (Brünsüm) yerləşən regional qərargahlarına komandanlıq vəzifələri ABŞ-dan Avropa ölkələrinə ötürülüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, fevralın 6-da NATO ölkələri komandanlıq strukturunda vəzifələrin yeni bölgüsü barədə razılığa gəliblər. Bu çərçivədə Avropa müttəfiqləri, o cümlədən alyansa yeni qoşulan ölkələr daha mühüm rol oynayacaqlar.
Məlumata görə, Böyük Britaniya NATO-nun Norfolkdakı komandanlığına rəhbərlik edəcək (Şimali Atlantikdə dəniz əməliyyatları və təlimlərə cavabdehdir). İtaliya Neapoldakı komandanlığı alacaq (Aralıq dənizi regionunda fəaliyyətin planlaşdırılması), Polşa və Almaniya isə rotasiya əsasında Brünsümdəki komandanlığa rəhbərlik edəcəklər (o cümlədən Şərqi Avropa istiqamətinə cavabdehdir).
Qeyd olunur ki, bu vəzifələrin hamısı indiyədək ABŞ-a məxsus idi.
Məryəm Quliyeva