İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Fevral 10:53
1 729
Panama sahilləri yaxınlığında miqrantların olduğu 2 qayıq batıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, Panama Sahil Mühafizəsi Kolumbiyaya doğru hərəkət edən miqrantları daşıyan 2 qayığın Panama açıq sularında batdığını açıqlayıb.
Rəsmilər bildiriblər ki, 16 miqrantın olduğu qayıqda ilkin məlumata əsasən 3 nəfər ölüb, 1 yaralı xəstəxanaya yerləşdirilib. Qalan 12 nəfər barədə isə heç bir məlumat verilməyib.
Son bir ildə miqrantların Cənubi Amerikadakı ölkələrinə geri qayıtmağa çalışması səbəbindən əks miqrasiya hallarının artdığı qeyd olunur.
Məryəm Quliyeva