“Mövcud vəziyyət “idarə olunan gərginlik” modelinin gücləndiyini göstərir”
Rutte: Böyük Britaniya Ukrayna üçün silah alınmasına 500 milyon funt ayıracağını vəd edib
Ağalıda torpaqların əkin məqsədli istifadəsi üçün sonuncu müraciət qəbuluna başlanılıb
NBA oyununda baş verən insidentə görə 4 basketbolçu cəzalandırılıb
10:49
623
Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek uulu istefa verdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
“Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar olaraq bildirirəm ki, mən bir və ya iki nəfərə deyil, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Öz istəyimlə istefaya getmək qərarına gəldim. Bu, xarici təzyiq olmadan qəbul etdiyim şəxsi bir qərardır", – Turqunbek uulu bildirib.
Məlumata görə, spikerin istefa məsələsi Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifəsindən azad edilməsindən sonra müzakirə olunmağa başlayıb.