Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir
Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib
Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
21:55
679
İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında ölkədə yoxlama fəaliyyətlərinin bərpası ilə bağlı razılaşma yaxın bir neçə gün ərzində əldə edilə bilər.
Bunu agentliyin baş direktoru Rafael Qrossi Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Bizə ötən ilin iyununda nüvə obyektlərinə edilən hücumlardan sonra ölkədə yenidən fəaliyyətə başlamaq mümkün oldu. Müəyyən bir dialoqu bərpa etmişik. O, mükəmməl deyil. Lakin çox mürəkkəbdir. Amma mövcuddur. Hazırda əsas sual növbəti addımların necə müəyyənləşdirilməsidir. Hansı nüvə obyektlərinin yoxlanılmalı olduğunu və bunun necə aparılacağını çox yaxşı bilirik. Biz kritik bir məqam yaşayırıq: qarşıdakı həftələr və ya aylar deyil, məhz günlərdə nəyəsə nail ola bilərik", - Qrossi deyib.