13:43
581
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ-a Venesuela ətrafındakı vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri var.
Xalqcebhesi.az xəbər verir ki, prezidentin sözlərini "BelTA" agentliyi yayıb.
“Hansısa əməliyyat həyata keçirildi, bir nəfəri tutdular. Nə oldu? Dünyaya göstərdilər ki, kim kimdir. Amma əsas məsələ bundan sonra nə olacaq? Buna görə də bu, ABŞ rəhbərliyi ilə müzakirəm üçün mövzudur. Mən bu vəziyyətdən çıxış yolları təklif edə bilərəm. Əgər onlar bu vəziyyətdən ləyaqətlə və gözəl çıxmaq istəyirlərsə, biz Donald Tramp ilə bu məsələdə işləməyə hazırıq. O, praqmatik insandır. Mən də. Ona görə düşünürəm ki, bu problemi müzakirə edəcəyik. Mən demək istəmirəm ki, burada baş məsləhətçiyəm və onunla hansısa problemi həll edə bilərəm. Xeyr. Amma öz baxışımı deyə bilərəm”, — deyə Belarus lideri Birləşmiş Dövlətlər Şurası katibi Sergey Lebedev ilə görüşdə bildirib.
Məryəm Quliyeva