17:12
686
Zonguldak baş verən mina uçqununda dağıntılar altında qalan 3 nəfərdən 1-i yaralı olaraq çıxarılıb.
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, digər 3 nəfərin axtarışları davam etdirilir.
***
15:43
Türkiyənin Zonguldak vilayətinin Kilimli rayonunda mədən yatağında uçqun baş verib.
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, 3 nəfər dağıntılar altından sağ çıxarılıb.
Hadisə yerinə çox sayda xilasedici və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Axtarış-xilasetmə işləri davam edir.