11:35
679
ABŞ, Rusiya və bəzi Avropa ölkələri Rusiya ilə NATO arasında yeni müqaviləni müzakirə edirlər.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu britaniyalı jurnalist Piers Morqana verdiyi müsahibədə bildirib.
“Bilirəm ki, amerikalılar və bəlkə də bəzi avropalılar Rusiya ilə NATO və Rusiya arasında yeni bir sənəd müzakirə edirlər”, - deyə o bildirib.
Zelenski vurğulayıb ki, oxşar müqavilələrin yalnız Rusiya ilə deyil, həm də Ukrayna ilə bağlanması və ölkənin NATO-dakı potensial yeri müzakirə olunmalıdır. O əlavə edib ki, Kiyev istənilən halda, baş verərsə, gözlənilməz hadisələrə reaksiya verəcək.
Məryəm Quliyeva