12:54
798
2025-ci ildə 70 mindən çox xarici vətəndaş qanun pozuntularına görə Rusiyadan deportasiya olunub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Dövlət Dumasının komitə iclasında bildirib.
O, ötən il 72 min əcnəbinin qanunu pozduğuna görə ölkədən çıxarıldığını deyib.
Kolokoltsev qeyd edib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları deportasiyaya məruz qalan daha çox qanun pozucularını müəyyən edə bilər, lakin bunun üçün maliyyə lazımdır.