KİV: Britaniya İrana zərbə endirəcəyi təqdirdə ABŞ-ın onun bazalarından istifadəsinə icazə verməyib Dünya

KİV: Britaniya İrana zərbə endirəcəyi təqdirdə ABŞ-ın onun bazalarından istifadəsinə icazə verməyib

Böyük Britaniya ABŞ-ın İrana zərbə endirmək üçün Britaniya Hərbi Hava Qüvvələrinin bazalarından istifadə etməsinə icazə verməyib.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Vaşinqton İrana qarşı hərbi əməliyyat üçün ətraflı planlar hazırlayır.

Bu plana Hind okeanında, Dieqo Qarsiya adasında yerləşən Britaniya-Amerika bazası və ABŞ-ın Avropadakı ağır bombardmançı təyyarələrinin əsas bazası olan İngiltərənin Qlosterşir şəhərindəki Fairford Hərbi Hava Qüvvələri bazası da daxil olacaq.

“The Times” yazır ki, London ABŞ-ın İrana zərbə endirməsinin beynəlxalq hüququ pozacağı ilə bağlı narahatlıqları səbəbilə hələlik bu obyektlərin istifadəsinə icazə verməyib.