22:11
840
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Moskvada Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə qaz, neft və dinc nüvə sahələrində əməkdaşlığı müzakirə edib.
Bu barədə Rusiya hökuməti məlumat yayıb.
Novak bildirib ki, Rusiya ilə Türkiyə arasında energetika sahəsində tərəfdaşlıq strateji xarakter daşıyır. Onun sözlərinə görə, Rusiya Türkiyə bazarına etibarlı enerji resursları tədarükçüsü olaraq qalır, “Türk axını” və “Mavi axın” boru kəmərləri sabit fəaliyyət göstərir, Türkiyədə ilk atom elektrik stansiyası olan “Akkuyu”nun tikintisi davam edir.
Mıəlumata görə, Rusiyanın elektrik enerjisinin Türkiyəyə tədarükü üzrə əməkdaşlıq davam edir.
Qeyd olunub ki, bu istiqamətin reallaşdırılması Türkiyənin enerji təchizatının etibarlılığını gücləndirəcək və ölkənin enerji balansının sabitliyinə əlavə töhfə verəcək.