İran səfiri Ermənistanla birgə yeni hərbi təlimlərin keçirilməsini istisna etmir Dünya

İran səfiri Ermənistanla birgə yeni hərbi təlimlərin keçirilməsini istisna etmir

İran səfiri Ermənistanla birgə yeni hərbi təlimlərin keçirilməsini istisna etməyib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Xəlil Şirqolaminin sözlərinə görə, bu təlimlər keçən ilin aprel ayında iki ölkənin sərhədində keçirilmiş xüsusi təyinatlıların manevrlərindən daha böyük ola bilər.

Diplomat bildirib ki, İrəvan və Tehranın hərbi əməkdaşlığı intensiv inkişaf edir, müdafiə naziri Papikyanın İrana hazırkı səfəri də bunu sübut edir.

Səfir əlavə edib ki, bu səfər çoxdan planlaşdırılıb və tərəflər yeni istiqamətləri və proqramları müzakirə etmək niyyətindədirlər.