Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib Dünya

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya Rusiya ilə əlaqəli 180 şəxsə, şirkətə və "kölgə donanmasına" qarşı yeni sanksiyalar tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Siyasətçi bildirib ki, Moskvanın Kiyevə qarşı siyasəti beynəlxalq hüququ pozur.

Albanese bu hərəkətləri "qanunsuz və qəbuledilməz" adlandırıb və yeni sanksiyaların Rusiya rəhbərliyinə təzyiqi artırmağa yönəldiyini qeyd edib. Baş nazir aydınlıq gətirib ki, Avstraliyanın Rusiyaya qarşı sanksiyalarının ümumi sayı 1800-ü keçib.

Məryəm Quliyeva