İran məhkəməsi yanvardakı etirazlarla bağlı ilk ölüm hökmünü çıxarıb Dünya

İran məhkəməsi yanvardakı etirazlarla bağlı ilk ölüm hökmünü çıxarıb

İran İnqilab Məhkəməsi yanvar ayında etiraz aksiyalarında iştirak edən Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb.

Bu barədə “Reuters“ ittiham olunan şəxsin ailə üzvlərinə istinadən məlumat yayıb.

O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.

Abbasi nümayişlər zamanı bir polkovnikin öldürülməsində iştirakda ittiham edilib.

Bildirilir ki, bu, yanvar ayında baş vermiş kütləvi etirazlarla bağlı ilk belə hökmdür.