19:53
742
"Biz mümkün qədər tez razılığa gəlməyə hazırıq".
APA Tasnim-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
O bildirib ki, bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəklər: "Hər kəs bilməlidir ki, müharibəyə başlamaq mümkündür, amma onu bitirmək asan deyil. Eyni zamanda, İrana qarşı təcavüzün nəticələrindən bütün bölgə əziyyət çəkəcək".