“Martda yarmarkaların sayı artırılacaq”
24 Fevral 22:12
24 Fevral 22:12
24 Fevral 22:11
24 Fevral 19:02
24 Fevral 18:56
08:17
952
İraq Nəqliyyat Nazirliyi texniki nasazlıq səbəbindən Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti bağlandığını elan edib.
Bu barədə İraq Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlama verib.
"Bağdad Beynəlxalq Hava Limanının müvəqqəti bağlanması təcili texniki nasazlıq səbəbindən görülən ehtiyat tədbiridir", - əs-Safi deyib.
O, ekspertiza qruplarının problemi müəyyən etməyə və təmir etməyə başladığını bildirib.
Nazirlik sözçüsü hava limanının yaxın bir neçə saat ərzində uçuşlara yenidən açılacağını deyib.