BMT Baş katibi dərhal İranla atəşkəsin təmin edilməsini tələb edib Dünya

BMT Baş katibi dərhal İranla atəşkəsin təmin edilməsini tələb edib

ABŞ-la İsrail bu qeyri-qanuni addımların bütün birbaşa və dolayısı nəticələrinə, o cümlədən bundan irəli gələn hər hansı gərginliyin artmasına görə tam və birbaşa məsuliyyət daşıyacaqlar.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd edib.

BMT Baş katibi Antonio Quterreş isə bəyanatında dərhal atəşkəsin təmin edilməsini tələb edib və bildirib ki, buna əməl olunmaması “vətəndaşlar və regional sabitlik üçün ağır nəticələrə malik daha geniş regional münaqişə” riskini yaradır.

Quterreş həmçinin qeyd edib ki, bütün üzv dövlətlər “BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquq üzrə öhdəliklərinə hörmət etməlidirlər”, çünki bu nizamnamə “hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı zor tətbiq edilməsi təhdidini” qadağan edir.