Bu gün İran Ali Liderinin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək Dünya

Bu gün İran Ali Liderinin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək

İranda bu gün Ali Liderin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək.

APA “Mehr”-ə istinadən xəbər verir ki, bu barədə Iran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib.

Qeyd edilib ki,Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurası da formalaşdırılacaq.

Məlumata görə, şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq.