9 Oktyabr 17:29
9 Oktyabr 17:20
28 Fevral 17:59
4 816
Azərbaycan cüdoçusu Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan “Böyük Dəbilqə” turnirindən kənar qalıb.
Məsələ ilə bağlı Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu olmuş idmançının müəllimi Tərlan Həsənov Teleqraf-a açıqlamasında hadisənin səbəblərinə aydınlıq gətirib:
“Hidayət Heydərov həmişə çəkisini salmaqda problem yaşayıb. Bu onun yeganə problemidir. Millidəki məşqçiləri gərək onu daima nəzarətdə saxlasınlar. Bildiyimə görə hazırda 10-12 kq artıq çəkisi var. Bu qədər çəkini salmaq üçün iki həftə boyunca müəyyən proqrama riayət etmək lazımdır. Mən belə başa düşürəm ki, Hidayətin əsas hədəfi apreldəki Avropa və oktyabrdakı dünya çempionatlarıdır”.
9 Oktyabr 21:52
1 127
7 Oktyabr 08:27
1 645
6 Oktyabr 16:23
1 806