11:13
637
İranla bağlı ABŞ-ın hərəkətlərinə etiraz edən nümayişçilərlə Pakistan hüquq-mühafizə orqanları arasında toqquşmalar Kəraçidə yerləşən ABŞ konsulluğu yaxınlığında başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə ediblər.
Nəşr qeyd edir ki, etiraz aksiyaları İranın ali dini lideri ayətullah Əli Xameneinin həlak olması ilə bağlı məlumatın təsdiqlənməsindən sonra başlayıb.
Məryəm Quliyeva