Pezeşkian qızlar məktəbinə hücumu ABŞ və İsrail tarixində qara səhifə adlandırıb Dünya

Pezeşkian qızlar məktəbinə hücumu ABŞ və İsrail tarixində qara səhifə adlandırıb

İran prezidenti Məsud Pezeşkian Miyanabdakı məktəbə edilən hücumu pisləyərək, bunu hücum edən tərəflərin tarixində qara səhifə adlandırıb.

Bu barədə İran İslam Respublikası hökumətinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, Pezeşkian qurbanların ailələrinə səbir diləyərək tibb orqanlarını yaralılara təcili yardım göstərməyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində 85 nəfər ölüb, 92 nəfər yaralanıb.