Nə vaxt PFL bizə meydança təmizləyib?! - Ayxan Abbasov İdman

Nə vaxt PFL bizə meydança təmizləyib?! - Ayxan Abbasov

“Çox təəssüflənirəm ki, Peşəkar Futbol Liqası mənə cavab verdi. Çünki məndən əvvəl Premyer Liqada İmişli stadionunda oynayan bütün məşqçilər etiraz etmişdi. Və məndən sərt danışmışdılar. Hətta bu meydançanı niyə qəbul ediblər, burada futbol oynamazlar. Təəssüf ki, reaksiya gəlməmişdi. Orada “etik deyil” bildiriblər. Mən neçə gündür, etikanı harada poznuşam, onu axtarıram və tapa bilmirəm. Çox təəəssüflənirəm ki, buna belə reaksiya verdilər”.

Bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” ilə 2:2 hesablı heç-heçə ilə bitən oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi Premyer Liqanın XXI turunda “İmişli”yə qarşı oyunda Quba Olimpiya kompleksinin stadionunun problemi barədə açıqlamasının gündəm yaratmasına münasibət bildirib. Abbasov qapının 11 santımetr hündür olması barədə danışığının Peşəkar Futbol Liqası tərəfindən “etik olmamaması”na belə reaksiya verib:

“Xahiş edirəm ki, fikrimi geniş verəsiniz. Çünki ötən oyunda da sual başqa cür idi. Sanki hakimlikdən sual verilmişdi, amma belə deyildi. Başqa bir məqam deyim. “İmişli” ilə həmin oyunda top iki dəfə qapı dirəyinə dəydi. Biz qapıçı ilə söhbət edirdik, o dedi, mən topu normal hiss edirdim. Tullandı, amma top dirəyə dəydi. Onu 12 santımetr torpaq töküb aradan qaldırırlarsa biz hara gedirik.

Başqa bir məqamı da deyim. Mən futbolçularımı da düşünürəm. Baxın, Bəhlul Mustafazadənin zədəsi İmişli stadionundan başladı. Bəhluk millinin üzcüdü və 6 ay futbol oynamayacaq. Biz hər şeyə fikir bildirməliyik. Çox şeydən danışa bilərəm və yetərincə arqumentlərim var.

Meydançamızı təmizləməyi bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyib?! Bilirəm, qarda da oynamışıq. Bizə deyiblər, bu gün oynamasaq, reqlamentə uyğun olaraq sabah oynamalısınız. Biz burada deməmişik ki, başqaları sabah oynamadı. Ona görə, belə şeylərə cavab verməsinlər. Biz demişik ki, bugünə kimk orada neçə oyun olub. Dərd ordadır orada oynayan bütün komandalar qapıya etiraz ediblər. Bu, bilinirdi. Biz burada günahkar axtarmırıq, deyirik, düzəldək. İstəyirik ki, gələn çempionat daha maraqlı olsun. Bəli, mən öz komandama da deyirəm ki, xanlanma olmalıdır, imkan olsa meydança da dəyişilməlidir. Eyni şeyi “Turan Tovuz”da işləyəndə də deyirdim. Yava-yavaş inkişaf etməliyik, amma dala gedirik. Və biz buna don geyindiririk. Birada heç bir etikadan kənar şey ypxdur və heç kimə də söz demirik. Nə vaxt sözümüz var, həmişə açığıq və heç kimdən çəkinmirik. Kimlərinsə problemi varsa, biz vopşe qarışmırıq. Xahiş edirəm PFL-ə ki, etik deyiblər, çıxsınlar indi cavab versinlər ki, mən etikanı harada pozmuşam. Məndən qabaq sərt danışan məşqçilərin də açıqlamasına cavab verərdilər, niyə vermədilər?!”