Xamenei necə öldürüldü? Dünya

Xamenei necə öldürüldü?

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrail kəşfiyyatı (MOSSAD), Xamenei başda olmaqla İranın yüksək səviyyəli siyasi və hərbi heyətini davamlı olaraq izləyirdi. Bu bir sirr deyildi.
ABŞ, bölgədə hərbi yerləşməsini tamamladıqdan sonra düyməyə basma vaxtı gəlmişdi.
28 fevral 2026-cı il şənbə günü Tehranda Ali Liderlik Kompleksində (Xameneinin ofisində) yüksək səviyyəli bir toplantı keçiriləcəyi, toplantıya Xameneinin sədrlik edəcəyi MKİ/MOSSAD tərəfindən Tramp və Netanyahuya bildirildi. Kəşfiyyat məlumatları təsdiqləndi.
Trump və Netanyahu düyməyə basdı və hücum baş verdi. Xamenei daxil olmaqla yüksək səviyyəli siyasi və hərbi heyətin bir qismi öldürüldü.
İran rəhbərliyinin belə strateji bir səhv edəcəyini ABŞ və İsrail çox güman ki, təxmin etməmişdi.
SUAL BUDUR: -Bu toplantını kim təşkil etdi? Toplantının yeri və vaxtı ilə bağlı Xameneini kim inandırdı? Sığınacaq olduğu halda və ABŞ/İsrailin hücum edəcəyi reallığı ortada olarkən, təhlükə olmadığını Xamenei və digərlərinə kim inandırdı?
Böyük ehtimalla,
Xameneinin ən güvəndiyi səlahiyyətli/səlahiyyətlilər bu toplantının yerini və vaxtını seçdilər və ABŞ/İsrailin istədiyini etdilər.
Heç bir dövlət, heç bir ordu və heç bir kəşfiyyat qurumu bu səhvi etməz.
ABŞ-yə ilk sığınan və ya sığınacaq tapacaq səlahiyyətliləri gördükdə bu vəziyyət açıq-aydın məlum olacaq. Amma İran kəşfiyyatının şübhəli olduğu məsələsi gözardı edilməməlidir.
Xamenei, İran Baş Qərargah rəisi, İran İnqilab Keşikçiləri Korpuaunun komandanı, Müdafiə naziri və Müdafiə Şurası katibi öldürülüb; buna görə də şübhəli, onlara “təhlükə yoxdur” hesabatını verən qurumdur.

Naim Baburoğlu,
ehtiyatda olan general, Türkiyə