18:56
651
İranda rejim dəyişikliyi qeyri-mümkün bir missiyadır.
APA-nın xəbərinə görə, bunu İran xarici işlər naziri Seyid Abbas Ərağçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
"Liderin yoxluğu və ya ölümü sistemin çökməsi demək deyil. Dövlət institutları toxunulmaz qalır," - deyə o, bildirib.
Seyid Abbas Ərağçi qeyd edib ki, yeni Ali Lider bir-iki gün ərzində seçilə bilər: “Biz yüksək rütbəli hərbi komandirlərimizi itirdik, amma onlar dərhal yerinə yeniləri təyin edildi. Hərbi hissələrimiz hazırda əvvəllər verilmiş ümumi təlimatlara uyğun olaraq müstəqil və təcrid olunmuş şəkildə fəaliyyət göstərir”.