20:48
616
İran tərəfindən buraxılan iki pilotsuz uçuş aparatı Əbu-Dabidə yerləşən Əs-Salam hərbi bazasına hücum edib.
APA xəbər verir ki,bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, insident Əs-Salam dəniz hərbi bazasında yerləşən anbarlardan birinə edilən hücum nəticəsində ümumi təyinatlı materialların saxlanıldığı iki konteynerdə yanğın baş verib.
Hadisə zamanı ölən və yaralanan olmayıb.