BƏƏ Xarici İşlər Nazirliyi regiondakı gərginliklə əlaqədar İran səfirini çağırıb Gündəm

BƏƏ Xarici İşlər Nazirliyi regiondakı gərginliklə əlaqədar İran səfirini çağırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İran səfiri Reza Amerini çağırıb. Bu, Tehran tərəfindən ölkə ərazisinə endirilən cavab zərbələri ilə bağlıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Xarici İşlər Nazirliyi İran İslam Respublikasının BƏƏ-dəki səfiri Reza Amerini çağıraraq ona kəskin etiraz notası təqdim edib. Bu sənəddə BƏƏ İran tərəfindən həyata keçirilən hücum və təcavüzləri ən sərt şəkildə pisləyib”, — deyə nazirliyin X sosial media platforması səhifəsində yerləşdirilən sənəddə qeyd olunur.

BƏƏ Dövlət naziri Xəlifə əl-Marar də vurğulayıb ki, BƏƏ “öz ərazisinin İrana qarşı hər hansı hərbi əməliyyatlarda istifadə edilməsinə imkan verməyəcək”. Onun sözlərinə görə, ABŞ-ın başlatdığı aqressiyaya cavab olaraq İranın reaksiyası iki ölkə arasındakı “yaxın qonşuluq prinsiplərinə” ziddir.

Məryəm Quliyeva